Eurowings pilotlarının tətili Almaniyada 120-dən çox reysin ləğvi ilə nəticələnib

Tokio, 19 oktyabr , /AJMEDIA/

Lufthansa aviadaşıyıcının törəmə şirkəti olan Eurowings kompaniyasının pilotlarının tətili bu gün 120-dən çox reysin ləğv olunması ilə nəticələnib.
AJMEDIA xəbər verir ki, bu barədə DPA agentliyi bir sıra aeroportların operatorlarına istinadla məlumat yayıb. Məlumata görə, tətil ən çox AFR ərazisindəki hava limanlarının işinə təsir edib. Düsseldorfda planlaşdırılmış 160 reysdən 84-ü, Köln və Bonn aeroportlarında 63 reysdən 35-i ləğv olunub. Çərşənbə günü daha 100-ə yaxın reysin ləğvi gözlənilir.
Bundan əvvəl pilotların və təyyarə bələdçilərinin Vereinigung Cockpit həmkarlar ittifaqları üçgünlük tətilə çağırmışdı. Təşkilatçılar əmək şəraitinin istirahət saatlarının artırılması hesabına yaxşılaşdırılmasına nail olmağa çalışır. Aviasiya kompaniyası 10 əlavə istirahət günü verməyə razılaşıb, həmkarlar ittifaqı isə 14 gün istəyir.
Eurowings aviakompaniyası sutka ərzində orta hesabla 500 uçuş həyata keçirir, 50 mindən 70 minədək sərnişin daşıyır.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts