Ermənistanda daha bir generala qarşı cinayət işi qaldırılıb

Tokio, 3 sentyabr , /AJMEDIA/

Ermənistanda general-leytenant Calal Harutyunyana qarşı cinayət işi qaldırılıb. Onun xidməti vəzifəsinə səhlənkar münasibət göstərdiyi və bunun ağır nəticələrə gətirib çıxardığı bildirilir.
AJMEDIA Ermənistan yerli kütləvi informasiya vasitələrinə istinadla bildirir ki, “Komitənin xüsusilə mühüm işlərin araşdırılması şöbəsində aparılan cinayət işi çərçivəsində aparılan genişmiqyaslı istintaq-əməliyyat və inzibati tədbirlər nəticəsində müəyyən edilib ki, hərbi rəhbər, general-leytenant rütbəsində olan Calal Harutyunyan elan edilmiş hərbi vəziyyət dövründə xidməti vəzifələrinə səhlənkar münasibət göstərmiş, onları lazımınca yerinə yetirməmişdir. Onun əməlləri ağır nəticələrə səbəb olmuş, öz bölmələri canlı qüvvə və hərbi texnika baxımından külli miqdarda itki vermiş, ehtiyat hissələri döyüş qabiliyyətini itirmiş, atəş mövqeləri Azərbaycan Ordusunun nəzarəti altına keçmişdir”.
Xatırladaq ki, 44 günlük müharibədə PUA-ların hədəfinə çevrilən, ağır yaralansa da, sağ qalan Harutyunyan Ermənistan silahlı qüvvələrinin “canlı əfsanəsi” hesab olunurdu.
Bir gün əvvəl Ermənistan Respublikasının İstintaq Komitəsinin irəli sürdüyü ittihamla məhkəmə digər general Mikael Arzumanyan barədə həbs qətimkan tədbiri seçib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts