Ermənistan polisi Yerevanda 125 etirazçını saxlayıb

Tokio, 2 may , /AJMEDIA/

Ermənistan polisi bazar ertəsi səhər saatlarında müxalifətin elan etdiyi vətəndaş itaətsizliyi aksiyası çərçivəsində Yerevanın mərkəzi küçələrini bağlayan 125 nümayişçini saxlayıb.
AJMEDIA-ya Ermənistan mediasına istinadla xəbər verir ki, İrəvan polisinin mətbuat xidmətinin məlumatına görə, aksiya iştirakçıları polisin qanuni tələblərinə tabe olmamaq ittihamı ilə saxlanılır.
Ötən axşam İrəvanın mərkəzindəki Fransa meydanında toplanan müxalifətçilər fasiləsiz etiraz aksiyası keçirmək üçün çadırlar quraşdırıb, zibil qutularından və küçə skamyalarından barrikadalar qurub. Ermənistan paytaxtının dörd əsas prospektini birləşdirən Fransa meydanı dairəsində avtomobillərin hərəkəti dayandırılıb.
Bir müddət öncə müxalifətin mitinqində çıxış edən Ermənistan parlamentinin vitse-spikeri və “Daşnaksutyun” partiyasının üzvü İşxan Saqetelyan baş nazir Nikol Paşinyanın istefası tələbi ilə fasiləsiz etiraz aksiyalarına başlandığını elan edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts