Ermənistan Nazirlər Kabinetinin xidməti avtobusu qəzaya uğrayıb

Tokio, 7 mart , /AJMEDIA/

Bu gün səhər saatlarında Ermənistan Nazirlər Kabinetinin xidməti avtobusu qəzaya uğrayıb.
AJMEDIA xəbər verir ki, Ermənistan Daxili İşlər Nazirliyi qəza nəticəsində hökumət aparatının 11 əməkdaşının yaralandığı və onların təcili olaraq xəstəxanaya yerləşdirildiyi barədə məlumat yayıb. Səhiyyə Nazirliyindən isə yaralılardan üçünün reanimasiyada olduğu bildirilib.
Ermənistan hökumətinin mətbuat xidmətinin məlumatına görə, qəzanın bütün detallarının araşdırılması üçün təhqiqat başlayıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts