Ermənistan hərbi bölməsinin silah-sursatı anbarı partlayıb

Tokio, 6 noyabr , /AJMEDIA/

Bu günlərdə Ermənistan ordusunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən bölmələrindən birinin döyüş mövqeyində güclü yanğın baş verib.
AJMEDIA erməni KİV-lərinə istinadla xəbər verir ki, gecə saatlarında silah-sursat saxlanılan “vaqon-konteynerdə” baş verən yanğından bir müddət sonra partlayş müşahidə olunub.
Partlayış nəticəsində bir neçə erməni hərbçisi yaralanıb, tikili və silah-sursat yararsız hala düşüb.
Hadisədən dərhal sonra döyüş mövqeyinə bir neçə yanğınsöndürən və təcili tibbi yardım maşını gəlib.
Xəsarət alan hərbçilər hospitala yerləşdirilib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts