Erməni millətçiliyinin nifrət və qəzəbi səngimək bilmir

Tokio, 10 yanvar, /AJMEDIA/

XVIII əsr Fransa tarixçi və yazıçısı Şarl Duqlas 300 il əvvəl belə deyirdi: “Qəzəb açıq və keçici nifrətdir, nifrət isə təmkinli və daimi qəzəbdir”.

Bu, bugünkü Ermənistan cəmiyyəti üçün dominantlıq təşkil edən psixoloji ab-havanı dəqiq ifadə edən deyimdir. Həmin ab-hava bu ölkə parlamentinin deputatı Areqnaz Manuqyanın feysbuk səhifəsində yazdığı statusda bir daha aydın görünür.

AJMEDIA AZƏRTAC-a istinadla xəbər verir ki, statusunda “başıbəlalı milləti”nin ötən əsrin 90-cı illərində “özündə güc tapıb ayağa qalxdığını” qeyd edən xanım deputat bu “uğurların” necə “əridiyini” göstərir. Bildirir ki, Nikol Paşinyan hakimiyyəti ələ keçirmək planını reallaşdırmaq üçün öz metastazları ilə azərbaycanpərəst təbliğat aparmağa, milli düşmənçiliyi yaymağa hazırdır. Ədəbsizlik, fanatizm və antierməniliyin sərhədi yoxdur.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts