Erməni hərbçilərinin azərbaycanlıları kütləvi basdırdıqları daha bir məzarlıq tapılıb

Tokio, 4 oktyabr , /AJMEDIA/

Erməni hərbçilərinin Birinci Qarabağ müharibəsində Xocavəndin Edilli kəndində azərbaycanlıları kütləvi basdırdıqları daha bir məzarlıq tapılıb.
AJMEDIA xəbər verir ki, məzarlıqda 12 nəfərin qalıqları üzə çıxıb.
Əşyalarla birlikdə aşkarlanan skeletlərin əlləri və ayaqlarının məftil və kəndirlə bağlandığı məlum olub.
Hazırda müvafiq qurumların nümayəndələri və KİV təmsilçiləri kütləvi məzarlığa baxış keçirir.
Qeyd edək ki, bu, Edilli kəndində ermənilərin azərbaycanlıları vəhşicəsinə öldürərək kütləvi basdırdıqları növbəti məzarlıqdır. Fevral ayında Fransa, Niderland, Çexiya, ABŞ, Ukrayna, Moldova, Türkiyə, Şimali Kipr, Malayziya, Yaponiya, Misir, Əlcəzairdən olan 26 jurnalist Xocavəndin Edilli kəndində tapılan birinci məzarlıqda erməni vandalizmini lentə alıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts