Erməni deputat: Paşinyan hökuməti prinsipsiz və dəyərsizdir

Tokio, 11 yanvar, /AJMEDIA/

Nikol Paşinyan hakimiyyəti öz prinsipsizliyini və dəyərsizliyini bir daha göstərdi.

AJMEDIA xəbər verir ki, bunu “pasdinfo.am” nəşrinə müsahibəsində Ermənistan parlamentinin İqtisadi məsələlər daimi komissiyasının sədri, Hayastan fraksiyasının üzvü Vahe Akobyan deyib.

Deputat hesab edir ki, hakimiyyətə küçədən gələn, 1 martda (söhbət 2008-ci ildən gedir) insanları küçələrə çağıran, qan axıdılmasının səbəbkarlarından biri olan insanın KTMT Şurasının sədri kimi Qazaxıstana qoşun yeridilməsi ilə bağlı qərar imzalaması mənəviyyatsızlıqsan başqa bir şey deyildi.

Vahe Akobyan, həmçinin bildirir: “Ən dəhşətlisi isə odur ki, Paşinyan xalqa heç bir izahat vermədən, əməllərini əsaslandırmadan, verdiyi qərarı şərh etmədən bunu edir. Paşinyan başqa ölkəyə qoşun yeritmək üçün Milli Şuranın növbədənkənar iclasını belə çağırmayıb, halbuki, xatırlatmaq istəyirəm, Ermənistan parlament ölkəsidir”.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts