Site icon AJMEDIA Azərbaycanca

Ermənistanın təxribatı nəticəsində hərbi qulluqçularımız şəhid olub və yaralanıb – MN

Tokio, 11 aprel , /AJMEDIA/

Aprelin 11-i Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən üzbəüz mövqelərini atıcı silahlardan intensiv atəşə tutub.

Bu barədə AJMEDIA-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Qarşı tərəfin törətdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları şəhid olub və yaralanıb.

Hazırda Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülür.

Exit mobile version