Site icon AJMEDIA Azərbaycanca

Ermənistanda hərbi hissədə atışma olub – Ölən və yaralılar var

Tokio, 11 dekabr, /AJMEDIA/

Ermənistanda hərbi hissələrin birində hərbi qulluqçunun atəş açması nəticəsində bir əsgər ölüb, daha iki nəfər isə yaralanıb.

AJMEDIA xəbər verir ki, Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, bu barədə ölkənin Müdafiə Nazirliyi bildirib.

Qeyd olunur ki, hadisə ötən gün axşam saatlarında baş verib.

İnsidentlə bağlı araşdırma aparılır.

Exit mobile version