Energetika naziri Almaniyaya səfər edib

Tokio, 27 mart , /AJMEDIA/

Energetika naziri Pərviz Şahbazov Almaniyanın federal xarici işlər naziri Annalena Berbok və Almaniyanın iqtisadiyyat və iqlim naziri, vitse-kansler Robert Habekin dəvəti ilə Almaniyaya səfər edib.
Nazirlikdən AJMEDIA-ya bildirilib ki, nazir martın 28-29-da Berlində təşkil olunacaq “9-cu Berlin Enerji Keçidi Dialoqu” adlı beynəlxalq konfransda iştirak edəcək.
Müxtəlif ölkələrdən nazirlərin, beynəlxalq təşkilat və maliyyə institutlarından yüksək səviyyəli nümayəndələrin qatılacağı tədbirdə energetika nazirinin çıxışı və ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts