Emin Mahmudov “Neftçi”də 200-cü oyununu keçirib

Tokio, 3 sentyabr , /AJMEDIA/

Azərbaycan Premyer Liqasının V turunun “Sumqayıt”la matçı “Neftçi”nin kapitanı Emin Mahmudov üçün ikiqat əlamətdar olub.

AJMEDIA xəbər verir ki, təcrübəli futbolçu məhsuldar ötürmə etdiyi görüşdə 200-cü dəfə “ağ-qara” formanı geyinib.

Mahmudov Premyer Liqada 158 (38 qol), Azərbaycan Kubokunda 17 (4 qol), avrokuboklarda isə 25 (9 qol) dəfə “Neftçi”nin şərəfini qoruyub.

Qeyd edək ki, “Sumqayıt” – “Neftçi” oyunu qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu paytaxt klubunun yeni transferi Dieqo Valdes vurub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts