Elm və təhsil naziri Dünya Təhsil Forumunda çıxış edib

Tokio, 9 may , /AJMEDIA/

Elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti London şəhərində ənənəvi formatda keçirilən Dünya Təhsil Forumunda iştirak edir.
Nazirlikdən AJMEDIA-ya bildirilib ki, Emin Əmrullayev forumun “Davamlılığın inkişafında təhsil və təhsil sistemlərinin inkişafında davamlılıq hansı rola malikdir?” adlı 7-ci plenar sessiyasında çıxış edib.
Nazir təhsilin davamlılığı baxımından görülən işlər, xüsusilə işğaldan azad olunmuş ərazilərdə tədrisin bərpası haqqında forum iştirakçılarını məlumatlandırıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts