“Elm tarixi və elmşünaslıq: fənlərarası tədqiqatlar” mövzusunda III beynəlxalq elmi konfrans keçiriləcək

Tokio, 19 may , /AJMEDIA/

Azərbaycan Milli Elmlər Akademiyasının Elm Tarixi İnstitutunun təşkilatçılığı ilə oktyabrın 14-də “Elm tarixi və elmşünaslıq: fənlərarası tədqiqatlar” mövzusunda III beynəlxalq elmi konfrans keçiriləcək.
Bu barədə AJMEDIA-ya Elm Tarixi İnstitutundan məlumat verilib. Bildirilib ki, konfransda respublikanın ali təhsil və elmi-tədqiqat müəssisələrinin əməkdaşları, o cümlədən xarici ölkələrin alim və mütəxəssisləri iştirak edə bilərlər.
Konfransa aşağıdakı elmi istiqamətlər üzrə məruzələr qəbul olunur:
– Texniki elmlərin və mühəndislik fəaliyyətinin tarixi və metodologiyası, elm və texnika abidələri;
– Tarixşünaslıq və mənbəşünaslıq;
– Müasir dövrdə elmi diplomatiyanın rolu;
– Elm tarixində bioqrafik tədqiqatlar: metodoloji və mənbə təhlilinin xüsusiyyətləri;
– Postsovet məkanında beyin axını və mobillik;
– Elm tarixində qadınların rolu;
– Elmlər akademiyalarının və elmi müəssisələrin tarixi;
– Təbiət və dəqiq elmlər tarixi;
– Elmmetrik tədqiqatlar;
– Elmin sosioloji problemləri;
– Yeni elmi istiqamətlərin sosial tədqiqi və intellektual elitaların formalaşma mexanizmi;
– Elm və təhsildə innovativ proseslər.
Konfransda iştirak üçün məqalə və tezislər Azərbaycan, türk, rus və ingilis dillərində sentyabrın 5-dək [email protected] ünvanına təqdim edilməlidir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts