Tokio, 24 oktyabr , /AJMEDIA/
Dayanıqlı İnkişaf Məqsədlərinin Azərbaycan hökuməti qarşısında əsas prioriteti işğaldan azad edilmiş ərazilərimizin yenidən qurulması və bərpasıdır.
AJMEDIA xəbər verir ki, bu barədə Baş nazirin müavini Əli Əhmədov oktyabrın 24-də Bakıda keçirilən “2023-cü il Qlobal Dayanıqlı İnkişaf Məqsədləri (DİM) Sammitinin Nəticələri və DİM-lərin həyata keçirilməsində Ali Audit Qurumlarının rolu” mövzuzunda 3-cü DİM Dialoqunda deyib.
O bildirib ki, Azərbaycan BMT-nin üzvü kimi üzərinə düşən bütün öhdəlikləri layiqincə yerinə yetirir. Eyni zamanda, ölkəmiz BMT-nin insanların rifahına yönəldilmiş bütün təşəbbüslərində yaxından iştirak edir. Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinə hökumət səviyyəsində çox ciddi yanaşır.