Site icon AJMEDIA Azərbaycanca

Eldar Hacıyev: Bu gün Füzuli Beynəlxalq Hava Limanına dünyanın iki nəhəng hava gəmisi uğurlu eniş etdi

Tokio, 5 sentyabr, /AJMEDIA/

Bu gün təkcə Azərbaycan Hava Yolları üçün yox, ölkəmiz üçün çox əlamətdar gündür.

AJMEDIA xəbər verir ki, bu fikirləri Azərbaycan Hava Yolları” QSC-nin vitse-prezidenti Eldar Hacıyev jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, Qarabağımızın hava qapısı olan Füzuli Beynəlxalq Hava Limanına dünyanın 2 nəhəng hava gəmisi uğurlu eniş etdi. Azərbaycanın “Airbus 340” təyyarəsi və “Silkway” şirkətinin “Boeing 747” təyyarəsi öz texniki uçuşlarını müvəffəqiyyətlə yerinə yetirdilər. “Keçirdiyimiz hissləri sözlərlə ifadə etmək olmur. Cəmi 1 il əvvəl bu torpaqlar düşmən tapdağı altında idi. Prezident İlham Əliyevin müdrik siyasəti, ordumuzun qəhrəmanlığı sayəsində torpaqlarımız işğalçılardan azad edildi. Ali Baş Komandanımıza, ordumuza minnətdarıq”.

Exit mobile version