Ekvadorda zəlzələ nəticəsində 13 nəfər həyatını itirib

Tokio, 19 mart , /AJMEDIA/

Ekvadorda zəlzələ nəticəsində həlak olanların sayı 13-ə çatıb.
AJMEDIA xəbər verir ki, təbii fəlakət nəticəsində 50-yə yaxın yaşayış binasına ziyan dəyib, 7 bina tamamilə dağılıb.
Xəsarət alan insanların sayının 126-ya çatdığı bildirilir.
Qeyd edək ki, 6,9 bal gücündə qeydə alınan təbii fəlakətin episentri 32 min insanın yaşadığı Naranhal şəhərindən 17 km cənub-qərbdə yerləşib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts