“Ekonometrikada xətti modellərin fəlsəfəsi” mövzusunda seminar təşkil olunacaq

Tokio, 19 Noyabr, /AJMEDIA/

UNEC-də noyabrın 22-də Beynəlxalq İqtisadi Əməkdaşlığın İnkişafı UNEC Tədqiqat Mərkəzinin tədqiqatçısı, Fransanın Cənubi Brotan Universitetinin doktorantı Samir Orucovun təqdimatında “Ekonometrikada xətti modellərin fəlsəfəsi” mövzusunda onlayn seminar keçiriləcək.

Bu barədə AJMEDIA-ya UNEC-dən məlumat verilib. Bildirilib ki, seminar UNEC Tədqiqat mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsi, Beynəlxalq İqtisadi Əməkdaşlığın İnkişafı UNEC Tədqiqat Mərkəzinin təşkilatçılığı ilə reallaşacaq.

Seminar UNEC Tədqiqat mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsinin rəsmi feysbuk səhifəsi üzərindən canlı yayımlanacaq.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts