Düşənbədə Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 30-cu ildönümü ilə əlaqədar tədbir keçirilib

Tokio, 16 Oktyabr, /AJMEDIA/

Düşənbədə Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 30-cu ildönümü ilə əlaqədar tədbir keçirilib.

AJMEDIA xəbər verir ki, tədbirdə Tacikistanın aparıcı media qurumlarının nümayəndələri iştirak edib.

Azərbaycanın Tacikistandakı səfiri Əlimirzamin Əskərov qonaqlara Azərbaycan Respublikasının müstəqilliyinin bərpa olunması, habelə 44 günlük Vətən müharibəsi və işğaldan azad edilmiş torpaqlarımızda aparılan quruculuq işləri barədə məlumat verib.

Tədbir zamanı səfir, həmçinin Azərbaycan-Tacikistan münasibətlərindən danışıb, bu haqda fikir mübadiləsi aparıb.

Tacikistanın media qurumları ilə ölkəmizin media orqanları arasında əməkdaşlıq məsələləri müzakirə olunub, Tacikistanda fəaliyyət göstərən televiziya kanalları və elektron informasiya portallarında ölkəmizlə videomaterialların yayımı imkanları haqqında danışılıb.

Daha sonra səfir tacik jurnalistlərin suallarına cavab verib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts