Dünyaşöhrətli rəssamın çəkdiyi iki portret 200 ildən sonra tapılıb

Tokio, 15 may , /AJMEDIA/

İncəsənət tarixçilərinə məlum olmayan və heç vaxt ictimaiyyətə nümayiş etdirilməyən dünyaşöhrətli rəssam Rembrandt Harmens van Reyn tərəfindən çəkilmiş iki rəsm əsəri şəxsi sənət kolleksiyasında 200 il saxlandıqdan sonra aşkar edilib.
AJMEDIA TASS-a istinadla xəbər verir ki, “Christie’s” hərrac evinin mütəxəssisləri rəsmlərin müntəzəm qiymətləndirilməsini apararkən Rembrandtın ictimaiyyətə məlum olmayan əsərlərini aşkara çıxarıblar. Bu barədə “Financial times” qəzeti yazıb.
“Bu rəsmlərin əvvəllər heç vaxt öyrənilməməsi, araşdırılmaması mənim üçün təəccüblüdür. Bu qiymətli əsərlər rəssam Rembrandt haqqında olan ədəbiyyat arxivində də yox idi”, – deyə qəzet əməkdaşı Henri Pettifer vurğulayıb.
Qeyd edək ki, “Christie’s” hərrac evi rəsmləri təhlil etmək üçün Amsterdamdakı “Rijksmuseum”un ekspertlərinə göndərib. Orada rəsmlər üzərində texniki və bədii-tarixi araşdırma aparılaraq, Rembrandtın müəllifliyi təsdiqlənib. İki rəsm əsəri 5-8 milyon avro dəyərində qiymətləndirilib.
Ehtimal olunur ki, rəsmlərdə rəssama tanış olan evli cütlük – Yan Villems van der Pluim və onun həyat yoldaşı Yaapgen Karels təsvir olunub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts