Dünyaşöhrətli müğənni Bülbülün doğum günü ilə əlaqədar videoçarx hazırlanıb

Tokio, 22 iyun , /AJMEDIA/

İyunun 22-si Azərbaycanın opera müğənnisi, mahir təsnif ifaçısı, musiqi folkloru tədqiqatçısı, Azərbaycan professional vokal sənətinin banisi, SSRİ Xalq artisti Bülbülün anadan olmasının 125-ci ildönümü tamam olur. Bu münasibətlə Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 nömrəli filialı Bülbülün xatirəsinə həsr olunan videoçarx hazırlanıb.
Baş İdarədən AJMEDIA-ya bildirilib ki, videoçarxda sənətkarın həyat və yaradıcılığı, onun incəsənətdəki xidmətləri barədə məlumat verilib. Həmçinin onun ifa etdiyi romanslar, xalq mahnıları və təsniflərin Azərbaycan musiqisinin ən dəyərli inciləri kimi əsrlər boyu yaşayacağı qeyd olunub.
Qeyd edək ki, videoçarxda Bülbülün şəxsi fotoalbomundan görüntülər maestronun ifasında “Sənsiz” romansının sədaları altında nümayiş olunub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts