Site icon AJMEDIA Azərbaycanca

Dünyanın məşhur səyyahlarının Qarabağa səfəri başlayıb

Tokio, 16 iyun , /AJMEDIA/

Dünyanın 10 ölkəsindən olan 24 məşhur səyyahın Azərbaycanın işğaldan azad edilən torpaqlarına səfəri başlayıb.
AJMEDIA xəbər verir ki, Danimarka, Almaniya, ABŞ, Sinqapur, Ukrayna, Türkiyə, İspaniya, Macarıstan, Hindistan və İsveçdən olan səyyahlar 3 gün ərzində Xocavənd-Şuşa-Ağdam-Kəlbəcər-Laçın-Zəngilan marşrutu üzrə hərəkət edəcəklər.
İyunun 16-da başlayan səfərin ilk dayanacaq yeri Xocavənd rayonu olub. Qonaqlar Xocavənddə qədim yaşayış məskəni Azıx mağarasında olub, füsunkar təbiəti seyr ediblər.

Exit mobile version