Dünyanın ən yaxşı qadın futbol klubları və liqaları açıqlanıb

Tokio, 14 yanvar, /AJMEDIA/

Dünyanın ən yaxşı qadın futbol klubları və liqaları açıqlanıb.

AJMEDIA xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) cədvəllərində 10 klub və 8 liqa yer alıb.

Cədvəlin birinci pilləsində 225 xalla “Barselona” klubu qərarlaşıb. İngiltərə təmsilçisi “Çelsi” 40 xalla ikincidir. İlk üçlüyü Braziliyanın “Korintians” komandası 30 xalla qapayır.

Liqalar arasında ən yaxşısı 85 xalla Fransa Divizion 1-dir. İngiltərə Super Liqası 70 xalla ikinci, İspaniya Primerası isə 50 xalla üçüncüdür.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts