Dünyada ötən sutka ərzində koronavirusa yoluxanların sayı 515 mindən çox olub

Tokio, 13 Noyabr, /AJMEDIA/

Dünyada yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı son sutka ərzində 515 mindən çox olub.

AJMEDIA pandemiyanın onlayn statistikasını aparan “worldometers.info” saytına istinadla xəbər verir ki, ötən sutka ərzində 515 min 464 nəfər yeni koronavirusa yoluxub, 7 min 226 nəfər isə pandemiyanın qurbanı olub. Bununla da yoluxanların ümumi sayı 253 milyon 200 min 209, ölənlər isə 5 milyon 103 min 793 nəfərə çatıb.

Ötən sutka ərzində virusa ən çox yoluxma halı (90 min 208 nəfər) ABŞ-da, bu xəstəlikdən ölüm faktı isə (1235 nəfər) Rusiyada qeydə alınıb.

Dünyada bu vaxtadək ən çox yoluxma halı ABŞ (47,8 milyon), Hindistan (34,4 milyon), Braziliya (21,9 milyon), Böyük Britaniya (9,4 milyon), Rusiya (8,9 milyon), Türkiyə (8,3 milyon) və Fransada (7,2 milyon) qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Çin həmin ilin sonunda Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) ölkədə naməlum virusun yayılması barədə məlumatlandırıb. ÜST ötən il fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, 1 ay sonra – martın 11-də isə koronavirusu pandemiya elan edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts