Tokio, 12 fevral , /AJMEDIA/
Məşhur keniyalı atlet Kelvin Kiptum dünyasını dəyişib.
AJMEDIA xarici mətbuata istinadən xəbər verir ki, afrikalı idmançı məşqçisi ilə birlikdə avtomobil qəzasına düşüb. 24 yaşlı atletin idarə etdiyi maşın yol kənarındakı ağaca çırpılıb. Hadisə nəticəsində məşqçi də həlak olub.
Polislər yalnız avtomobildə olan üçüncü sərnişinin həyatını xilas edə biliblər.
Qeyd edək ki, Kelvin Kiptum ötən il İngiltərənin paytaxtı Londonda və ABŞ-ın Çikaqo ştatında keçirilmiş marafonların qalibi olub. O, Böyük Britaniyadakı yarışda 2:01:25 saniyə göstərici ilə dünya rekordunu yeniləyib.