Dünya çempionatında batut üzərində sinxron tullanış yarışlarının qalibləri müəyyənləşib

Tokio, 21 Noyabr, /AJMEDIA/

Bakıda keçirilən dünya çempionatında batut üzərində sinxron tullanış yarışlarının qalibləri müəyyənləşib.

AJMEDIA xəbər verir ki, kişilərin yarışında belaruslu gimnastlar Andrey Builov və Oleq Rabtsov 52,930 xalla fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Almaniyalı cütlük Fabian Voqel və Mattias Pfleiderer 52,290 xalla yarışı ikinci, Fransa gimnastları Coşua Farux və Pyer Qouzou 52,050 xalla üçüncü olublar.

Qadınların mübarizəsində Çin idmançıları Yiçenq Hu və Sinsin Çjan 50,190 xalla qızıl medal qazanıblar. Yaponiyalı Narumi Tamura və Hikaru Mori 49,630 xalla gümüş, Portuqaliya təmsilçiləri Katarina Marianito Nunes və Beatris Martins 46,670 xalla bürünc medala sahib olublar.

Noyabrın 21-dək davam edəcək dünya çempionatında 33 ölkədən 300-dək gimnast iştirak edir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts