Tokio, 22 avqust, /AJMEDIA/
Dünya birjalarında neft qiymətləri müxtəlif istiqamətlərdə dəyişib.
AJMEDIA xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,02 dollar artaraq 76,07 dollar olub. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,10 dollar azalaraq 71,83 dollar təşkil edib.