Tokio, 19 aprel , /AJMEDIA/
Dubay aeroportunda kəskin hava şəraiti ilə əlaqədar baş verən nasazlıq səbəbindən aprelin 19-u saat 12:00-dan etibarən təyyarələrin qəbulu 48 saatlıq məhdudlaşdırılıb.
AJMEDIA xəbər verir ki, aeroportun mətbuat xidmətinin məlumatına görə, bu addım nasazlığın davam etməsi ilə bağlıdır və bərpa işlərinin effektivliyini təmin etmək üçün atılıb.
Qeyd edək ki, aprelin 16-na keçən gecə regionda güclü yağış səbəbindən Birləşmiş Ərəb Əmirliklərindən uçuşlar dayandırılıb. Kəskin hava şəraitinin ən çox zərər vurduğu Dubayda əsas avtomobil magistralları və şəhər aeroportunun uçuş-eniş zolağı su altında qalıb. Nəticədə onlarla aviareys ləğv olunub, minlərlə sərnişin isə ölkəni tərk edə bilməyib.