Dövlət Rəqs Ansamblının xeyriyyə konserti olub

Tokio, 10 may , /AJMEDIA/

Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Azərbaycan Dövlət Akademik Filarmoniyası və Heydər Əliyev Sarayının dəstəyi ilə Azərbaycan Dövlət Rəqs Ansamblının xeyriyyə konserti keçirilib.
AJMEDIA xəbər verir ki, konsertdən əldə olunan gəlir şəhid ailələri və müharibə əlillərinin təminatı üçün “YAŞAT” Fonduna ianə ediləcək.
Konsertdən əvvəl çıxış edən mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev milli dəyərlərimizə sahib çıxmağın önəmindən danışıb. Bildirib ki, əsas vəzifəmiz milli mədəniyyətin davamlığını təmin etməkdir: “Biz sabah millət olaraq yeni günümüzə, yeni ilimizə öz dəyərlərimizlə başlamalıyıq. Artıq biz qloballaşmış elə bir dövrdə yaşayırıq ki, burada millətin kimliyi onun yaşadığı coğrafiya ilə bilinmir. Millətin kimliyi onun milli-mənəvi dəyərləri ilə bilinir. Biz sabahımıza özümüz olaraq qədəm qoymaq istəyiriksə mədəniyyətimizə sahib çıxmalıyıq”.
Daha sonra Azərbaycan Dövlət Rəqs Ansamblı geniş konsert proqramı ilə çıxış edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts