Dövlət qulluğuna qəbul üçün test imtahanlarının qanunvericilik üzrə proqramlarında dəyişikliklər edilib

Tokio, 29 iyun , /AJMEDIA/

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən fəaliyyət istiqamətinə daxil olan bütün imtahanların daha obyektiv və şəffaf keçirilməsi məqsədilə imtahanın məzmununun təkmilləşdirilməsi üçün mütəmadi olaraq zəruri tədbirlər həyata keçirilir. Elmi və elmi-texnoloji sahələrdə, həmçinin qanunvericilik sistemində baş verən dəyişikliklər nəzərə alınaraq dövlət qulluğuna qəbul və dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanı mərhələsinin də imtahan proqramlarında zəruri dəyişikliklər edilir, test bankları mütəmadi olaraq yenilənir, banka yeni model tapşırıqlar daxil edilir.
Bu barədə AJMEDIA-ya DİM-dən məlumat verilib. DİM dövlət qulluğuna qəbul və dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanı mərhələsinə hazırlaşanların nəzərinə çatdırır ki, 2022-ci ilin iyul ayından etibarən keçirilən test imtahanlarının qanunvericilik üzrə proqramlarında müəyyən dəyişikliklər (bu dəyişikliklər proqramın qismən sadələşdirilməsi ilə müşayiət olunur) həyata keçirilib. Proqramlar DİM-in saytında yerləşdirilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts