Site icon AJMEDIA Azərbaycanca

Dövlət qulluğuna qəbul olmaq istəyənlər test imtahanı veriblər

Tokio, 22 iyun, /AJMEDIA/

İyunun 22-də Dövlət İmtahan Mərkəzi (DİM) inzibati vəzifələrin B növünə aid BB altqrupu üzrə dövlət qulluğuna qəbul imtahanı keçirilib.

DİM-dən AJMEDIA-ya bildirilib ki, bu imtahanda iştirak etmək üçün 1141 nəfər qeydiyyatdan keçib. İmtahan Bakı və Naxçıvan şəhərlərində saat 11:00 və 16:00 olmaqla, iki növbədə təşkil edilib.

İmtahan kompüterlər vasitəsilə elektron formada keçirilir. Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olurlar. Nəticələr həmçinin sabah gün ərzində DİM-in saytında yerləşdiriləcək.

Exit mobile version