Dörd qılıncoynadanımız İtaliyada beynəlxalq Qran-Pri turnirində əsas mərhələdə mübarizə aparacaq

Tokio, 21 may , /AJMEDIA/

İtaliyanın Padua şəhərində qılıncoynatmanın sablya növü üzrə beynəlxalq Qran-Pri turnirinə start verilib.
Azərbaycan Qılıncoynatma Federasiyasının mətbuat xidmətindən AJMEDIA-ya bildiriblər ki, turnirin 1 nömrəli favoriti Anna Başta reytinqi yüksək olduğundan qadın sablyaçıların şəxsi yarışında mübarizəyə birbaşa əsas mərhələdən başlayacaq.
Mübarizəyə təsnifat mərhələsindən start verən milli komandamızın digər üzvlərindən Sevil Bünyatova, Polina Kaspiaroviç və Valeriya Bolşakova da əsas mərhələyə yüksəlməyi bacarıblar.
Qrup mərhələsində 5 qalibiyyəti olan Valeriya Bolşakova bu nəticə sayəsində pley-off görüşlərinə qatılmadan birbaşa əsas mərhələyə vəsiqə qazanıb.
Qrup mərhələsində keçirdiyi görüşlərdə 4 qələbə qazanan Sevil Bünyatova əsas mərhələyə yüksəlmək uğrunda keçirilən pley-off görüşündə fransalı Amalia Aimeyə 15:11 hesabı ilə qalib gəlib.
Qrup mərhələsini 3 qələbə ilə başa vuran Polina Kaspiaroviç ilk pley-off görüşündə argentinalı Maria Belen (15:10) ardınca fransalı Matilde Mourouxa (15:12) qalib gələrək 64-lüyə vəsiqə qazanıb.
Qrupda 4 qələbəsi olan Səbinə Kərimova əsas mərhələyə yüksəlmək uğrunda keçirilən pley-off görüşündə Əlcəzair təmsilçisi Zohra Noraya 13:15 hesabı ilə uduzub.
Qrupu qələbəsiz bitirən Zərifə Hüseynova pley-offa adlaya bilməyib.
Qadın sablyaçıların şəxsi yarışında əsas mərhələnin görüşləri mayın 21-də keçiriləcək. A.Başta 32-liyə yüksəlmək üçün ABŞ qılıncoynadanı Honor Jonsona qalib gəlməlidir. P.Kaspiaroviç isə bu mərhələdə digər ABŞ təmsilçisi Enn-Elizabet Stounla qarşılaşacaq. 64-lükdə mübarizə aparacaq Sevil Bünyatovanın da rəqibi amerikalı sablyaçı olacaq. Təmsilçimiz 32-liyə yüksəlmək üçün Tatyana Nazlimova qalib gəlməlidir. Valeriya Bolşakovanın rəqibi isə rumın Mariya Matei olacaq.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts