Donald Tramp Təhsil Departamentinin ləğvi ilə bağlı sərəncam imzalayıb

Tokio, 21 mart, /AJMEDIA/

ABŞ Prezidenti Donald Tramp Təhsil Departamentinin ləğvinə başlamaqla bağlı sərəncam imzalayıb.

AJMEDIA xəbər verir ki, o, sərəncamda təhsil katibi Linda Makmahona Təhsil Departamentinin bağlanmasını asanlaşdırmaq və təhsil səlahiyyətlərini ştatlara qaytarmaq üçün bütün lazımi addımları atmağı tapşırıb.

Tramp deyib ki, departament federal tələbə kreditləri və “Pell” qrantlarına nəzarəti davam etdirəcək.

Departamentin tamamilə ləğvi üçün 1979-cu ildə agentliyi yaradan Konqresin təsdiqi lazımdır.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts