Dollara nisbətdə məzənnəsini itirən Yaponiya yeni son 24 ilin antirekordunu müəyyən edib

Tokio, 7 sentyabr , /AJMEDIA/

Dollara nisbətdə məzənnəsini itirən Yaponiyanın milli valyutası olan yen son 24 ilin antirekordunu müəyyən edib.
AJMEDIA xəbər verir ki, sentyabrın 7-də Tokioda keçirilən hərraclarda 1998-ci ilin avqustundan sonra ilk dəfə yenin məzənnəsi bir dollar üçün 144 yen həddini aşıb. Həmin gün səhər saatlarında yenin məzənnəsi bir dollar üçün 143,15-143,18 yen arasında dəyişib.
Yenin məzənnəsinin düşməsinin əsas səbəblərindən biri kimi, ABŞ-ın makroiqtisadi göstəricilərinin proqnozları üstələməsi göstərilir. ABŞ-ın xidmət sektorunda işgüzar fəallıq indeksi iyulda 56,7 faizdən avqustda 56,9 faizədək yüksəlib. Analitiklər isə bunun əksini gözləyirdilər. Nəticədə dollar ABŞ Federal Ehtiyatlar Sisteminin monetar siyasəti ilə bağlı gözləntiləri dəstəkləməkdə davam edir.
Bundan əlavə, yenin ucuzlaşması fonunda ABŞ və Yaponiya mərkəzi banklarının monetar siyasətə yanaşmasında güclü fərq var. ABŞ Federal Ehtiyatlar Sistemi uçot dərəcəsini artırmağa davam edir, Yaponiya Bankı isə onu mənfi səviyyədə saxlayır.
ABŞ-ın Federal Ehtiyatlar Sistemi uçot dərəcəsini artırmaq niyyətini bir daha təsdiqləyib və sentyabrda onun daha 0,75 faiz bənd artacağı gözlənilir. Faiz dərəcəsinin artımı dolların məzənnəsinə müsbət təsir göstərir. Eyni zamanda, ABŞ dövlət istiqrazlarının mənfəəti də artmaqda davam edir.
Yaponiya, əksinə, ultrayumşaq pul siyasətinə riayət etməkdə davam edir. Yaponiya Mərkəzi Bankı iyulda növbəti dəfə uçot dərəcəsinin mənfi 0,1 faiz səviyyəsində saxlandığını açıqlayıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts