Doktorantların və gənc tədqiqatçıların XXV Respublika elmi konfransına tezis qəbul edilir

Tokio, 19 avqust , /AJMEDIA/

Təhsil İnstitutu tərəfindən noyabrın 23-24-də keçiriləcək doktorantların və gənc tədqiqatçıların XXV Respublika elmi konfransına tezis qəbulu aparılır.
Bu barədə AJMEDIA-ya Təhsil İnstitutundan məlumat verilib. Bildirilib ki, konfransın keçirilməsində əsas məqsəd doktorantların və gənc tədqiqatçıların apardıqları elmi araşdırmaların nəticələrinin müzakirəsini təşkil etmək, habelə onların elmi yaradıcılığını stimullaşdırmaqdır.
Konfransın istiqamətləri:
– Riyaziyyat və təbiət elmləri (fizika, kimya, biologiya, biotexnologiya, tibb elmləri, neft-kimya, ətraf mühit, yer haqqında elmlər və s.);
– İnformasiya-kommunikasiya texnologiyaları və mühəndislik (elektrik, qazma, robototexnika, maşınqayırma, avtomatlaşdırma və inşaat mühəndisliyi, süni intellekt, data elmi, kibertəhlükəsizlik və s.);
– Sosial-humanitar elmlər (təhsil, sosiologiya, politologiya, kulturologiya, hüquq, tarix, dilçilik, ədəbiyyatşünaslıq, psixologiya, pedaqogika, metodika, iqtisadiyyat və s.).
Konfransda iştirak etmək istəyənlər tezislərini sentyabrın 25-dək göndərməlidirlər. Qəbul olunmuş tezislər oktyabrın 15-də elan ediləcək. Konfransda Azərbaycanın elm və təhsil müəssisələrindən, eyni zamanda, xarici ölkələrin elmi-tədqiqat və ali məktəblərindən olan azərbaycanlı doktorant və gənc tədqiqatçılar tezislə iştirak edə bilərlər. Yalnız məruzəçilərin tezisləri çap ediləcək və həmin şəxslərə sertifikat veriləcək.
Müraciət edən şəxslərdə “Gmail” hesabının olması mütləqdir. Ətraflı məlumat Təhsil İnstitutunun saytında yerləşdirilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts