Doktorantların və gənc tədqiqatçıların nəzərinə: elmi konfransa tezislərin qəbulu davam edir

Tokio, 20 sentyabr , /AJMEDIA/

Doktorantların və gənc tədqiqatçıların XXV respublika elmi konfransında iştirak üçün tezislərin qəbulu davam edir.
Bu barədə AJMEDIA-ya Təhsil İnstitutundan məlumat verilib. Bildirilib ki, Azərbaycanın və xarici ölkələrin elmi-tədqiqat və ali məktəblərində fəlsəfə doktoru proqramı üzrə təhsil alan doktorant və dissertantlardan əlavə olaraq doktorantura təhsilini bitirib müdafiəyə hazırlaşanlar və fəlsəfə doktoru elmi dərəcəsi almış elmi tədqiqatla məşğul olan 35 yaşınadək gənc alimin də iştirakına şərait yaradılacaq.
Xatırladaq ki, konfrans noyabrın 23-24-də keçirəcək. Tədbirin keçirilməsində əsas məqsəd doktorantların və gənc tədqiqatçıların apardıqları elmi araşdırmaların nəticələrinin müzakirəsini təşkil etmək, habelə onların elmi yaradıcılığını stimullaşdırmaqdır. Konfrans riyaziyyat və təbiət elmləri, informasiya-kommunikasiya texnologiyaları və mühəndislik, sosial-humanitar elmlər sahələrini əhatə edəcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts