Site icon AJMEDIA Azərbaycanca

Dmitri Peskov: İstanbulda əldə olunan razılaşmalar həyata keçiriləcək

Tokio, 03 iyun, /AJMEDIA/

Rusiya ilə Ukrayna arasında İstanbulda reallaşan danışıqların ikinci raundunda mühüm razılaşmalar əldə olunub.

AJMEDIA xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

“İstanbulda müəyyən razılaşmalar əldə olunub, onlar vacibdir, həqiqətən, ilk növbədə, insanlarla bağlıdır. Bu razılaşmalar həyata keçiriləcək”, -deyə Kremlin nümayəndəsi vurğulayıb.

Onun fikrincə, danışıqların bu mərhələsindən dərhal sonra qərarlar gözləmək səhv olardı. “Əlbəttə, burada hər hansı təcili qərarlar, irəliləyişlər gözləmək düzgün olmazdı. Amma iş gedir”, -deyə D.Peskov qeyd edib.

Onun sözlərinə görə, tərəflər qarşılıqlı əlaqəni davam etdirir və hazırda Rusiya nümayəndə heyətinin təqdim etdiyi memorandum layihəsinə Kiyevin reaksiyası gözlənilir. D.Peskov vurğulayıb ki, Rusiyanın təklif etdiyi sənəd münaqişənin köklü səbəblərini aradan qaldırmaq və dayanıqlı nizamlama modelini formalaşdırmaq məqsədi daşıyır.

Mətbuat katibi qeyd edib: “Siz Ukrayna tərəfinə təqdim etdiyimiz memorandum layihəsinin dərc olunmuş mətnini gördünüz. Orada çoxlu müddəalar, müxtəliflik var. Hər şey bu münaqişənin köklü səbəblərindən qurtulmağa və dayanıqlı nizamlanma yolu ilə irəliləməyə yönəlib”.

Exit mobile version