Tokio, 9 yanvar, /AJMEDIA/
Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul üzrə imtahanda iştirak etmək istəyən namizədlərin qeydiyyatı aparılır. Namizədlərin qeydıyyatı Dövlət İmtahan Mərkəzinin (DİM) internet portalında yanvarın 12-si saat 18:00-dək davam edəcək.
AJMEDIA xəbər verir ki, bu barədə AZƏRTAC-a DİM-dən məlumat verilib. Bildirilib ki, namizədlər DİM-in saytındakı link vasitəsilə qəbul qaydaları və müsabiqə şərtləri ilə tanış ola, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçə bilərlər.
Xatırladaq ki, Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul üzrə imtahan yanvarın 23-də keçiriləcək.