Site icon AJMEDIA Azərbaycanca

DİM peşəkar mühasib sertifikatı imtahanı verəcək namizədlərə müraciət edib

Tokio, 20 may , /AJMEDIA/

Mayın 29-də keçiriləcək peşəkar mühasib sertifikatı imtahanının II mərhələsində (qanunvericilik üzrə) iştirak edəcək namizədlər Dövlət İmtahan Mərkəzinin saytından “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.
Bu barədə AJMEDIA-ya Mərkəzdən məlumat verilib.
Namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini, imtahana buraxılış vərəqəsini mütləq gətirməlidir. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq.

Exit mobile version