DİM imtahan rəhbərləri və nəzarətçilərə ödənilən haqların məbləğini artırıb

Tokio, 3 mart , /AJMEDIA/

Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində görülən tədbirlər, həmçinin Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən həyata keçirilən tələbə qəbulu ilə bağlı ödənişli xidmətlərin tariflərinin tənzimlənməsi barədə Tarif (Qiymət) Şurasının 2022-ci il 26 iyul tarixli 6 nömrəli Qərarı nəzərə alınaraq, mərkəz tərəfindən imtahanlara cəlb olunan ştatdankənar işçilərə, imtahan rəhbərləri, nəzarətçilər, digər məsul şəxslər, mütəxəssis və ekspertlərə yerinə yetirdikləri işlərə və göstərdikləri xidmətlərə görə ödənilən haqların məbləğləri artırılıb.
Bu barədə AJMEDIA-ya DİM-dən məlumat verilib.
Bildirilib ki, bununla bağlı Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə 2023-cü il martın 2-də “Ştatdankənar işçilərin, mütəxəssis və ekspertlərin yerinə yetirəcəyi işlər və xidmətlər üçün ödənilən haqların məbləğlərinin təsdiq edilməsi haqqında” əmr imzalayıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts