DİM III ixtisas qrupu üzrə imtahan verəcək abituriyentlərə müraciət edib

Tokio, 6 yanvar , /AJMEDIA/

Dövlət İmtahan Mərkəzi (DİM) 2023-cü ildə ali təhsil müəssisələrinə III ixtisas qrupu üzrə ədəbiyyat fənnindən imtahan verəcək abituriyentlərə müraciət edib.
DİM-dən AJMEDIA-ya bildirilib ki, ədəbiyyat fənnindən qəbul proqramına daxil edilmiş C.Məmmədquluzadənin “Anamın kitabı”, C.Cabbarlının “Oqtay Eloğlu”, İ.Əfəndiyevin “Xurşidbanu Natəvan”, S.Vurğunun “Vaqif” əsərlərinin və “Koroğlu” eposundan “Həmzənin Qıratı qaçırması” qolunun dərslikdə verilməyən, lakin oxunması tövsiyə edilən hissələri ilə Mərkəzin saytındakı keçidlərdən tanış olmaq olar.
2023-cü ilin qəbul imtahanlarında həmin hissələr üzrə tapşırıqlardan da istifadə edilməsi nəzərdə tutulur.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts