DİM dövlət qulluğu üzrə imtahandan müvəffəqiyyətlə keçən namizədlərə müraciət edib

Tokio, 7 dekabr , /AJMEDIA/

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən noyabrın 13-də dövlət qulluğunun A (inzibati rəhbər) növünə aid vəzifələrin tutulması məqsədilə keçirilən test imtahanlarında uğur qazanmış namizədlərin sertifikatlarının verilməsinə başlanılıb.
Bu barədə AJMEDIA-ya DİM-dən məlumat verilib. Bildirilib ki, namizədlər sertifikat alarkən şəxsiyyətlərini təsdiq edən sənədi mütləq təqdim etməlidirlər. Namizədlər sertifikatlarını DİM-in Bakı şəhəri, Nəsimi rayonu, akademik Həsən Əliyev küçəsi, 299 ünvanında yerləşən inzibati binasından və ya Naxçıvan, Gəncə, Şəki, Lənkəran, Göyçay, Şəmkir, Şirvan, Bərdə və Xaçmaz regional bölmələrindən ərizə ilə müraciət etdikdən sonra növbəti həftə ərzində ala bilərlər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts