Site icon AJMEDIA Azərbaycanca

Dilçilik İnstitutunda Türkiyənin Üsküdar Universiteti ilə əməkdaşlıq imkanları müzakirə edilib

Tokio, 12 dekabr, /AJMEDIA/

Türkiyənin Üsküdar Universitetinin Beynəlxalq əlaqələr üzrə direktoru Reyman Cəfəri və beynəlxalq əlaqələr üzrə mütəxəssis Dilbər Əliyeva AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda olublar.

AJMEDIA xəbər verir ki, bu barədə AZƏRTAC-a Dilçilik İnstitutundan bildirilib. İnstitutun baş direktoru professor Nadir Məmmədli bu görüşün əlaqələrin daha da genişlənməsinə imkan yaradacağını vurğulayıb. O bildirib ki, birgə əməkdaşlıq çərçivəsində elmi tədqiqatların aparılması, konfrans, seminar və simpoziumların keçirilməsi, müəllim və doktorant mübadiləsi və digər məsələlər nəzərdə tutulub.

Eksperimental fonetik araşdırmalar laboratoriyasının müdiri dosent Nəzakət Qaziyeva bildirib ki, burada Azərbaycan dilinin fonetik quruluşu və fonoloji sistemi eksperimental yolla araşdırılır. Həmçinin laboratoriyada fonetik vahidlər, yazı ilə şifahi nitq arasındakı fərqlər, fonetikanın başqa elmlərlə əlaqəsi öyrənilir.

Görüş zamanı gələcəkdə Üsküdar Universitetindəki Fonetika laboratoriyası ilə əməkdaşlıq məsələsi müzakirə edilib.

Exit mobile version