Dendrologiya İnstitutunda Azərbaycan meşələrinin növdaxili dəyişkənliyi tədqiq olunur

Tokio, 11 avqust , /AJMEDIA/

Dendrologiya İnstitutunda Azərbaycan meşələrinin növdaxili dəyişkənliyi və populyasiya strukturu tədqiq olunur. Regionlarda növlərin populyasiya əsasında genofondunun saxlanılması yolları, ağac və kolların yeni dekorativ sort və formalarının bioekologiyası araşdırılır. İqlim dəyişkənliyinin flora biomüxtəlifliyinə, növlərin yayılması, arealı və miqdarına təsiri öyrənilir.
Bu barədə AJMEDIA-ya Dendrologiya İnstitutundan məlumat verilib. Bildirilib ki, Göygöl, Hirkan milli parkları, Lənkəran, Şəki ərazilərindən təbii və mədəni şəraitdə becərilən bəzi bitkilərin toxum nümunələri toplanılaraq Abşeron şəraitində inkişaf xüsusiyyətləri və prespektivliyini öyrənmək məqsədilə Dendrologiya Bağının meşə ekosistemləri laboratoriyasının təcrübə sahəsində əkilib. Əkilən bitki toxumlarının cücərtilərinə hərtərəfli aqrotexniki qulluq göstərilir. Aparılan elmi tədqiqat işlərinin yekunları göstərir ki, bölgələrdən gətirilərək təcrübə sahəsində əkilən bitki toxumlarının cücərtiləri Abşeronun torpaq-iqlim şəraitinə tam davamlıdır, cücərtilərin boy dinamikası izlənilib, yüksək cücərmə faizi əldə edilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts