“DÇ-2022” seçmə mərhələnin səkkizinci turuna 11 qarşılaşma ilə start veriləcək

Tokio, 11 Oktyabr, /AJMEDIA/

Oktyabrın 11-də futbol üzrə dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinin səkkizinci turuna start veriləcək.

AJMEDIA xəbər verir ki, turun ilk oyun günündə E, G, H və J qruplarında ümumilikdə 11 qarşılaşma keçiriləcək.

G qrupunda Türkiyə millisi Latviyanın qonağı olacaq. Hazırda 12 xalla 3-cü pillədə olan “ay-ulduz”lular qrup lideri kimi mundiala birbaşa vəsiqə şanslarını qorumaq üçün mütləq qalib gəlməlidirlər. Bu qrupun digər matçlarında lider Niderland xalsız Cəbəllütariqi, ikinci yerdə gedən Norveç isə Monteneqronu qəbul edəcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts