“DÇ-2022”-nin seçmə mərhələsi: Türkiyə millisi son dəqiqələrdə vurduğu qolla qələbə qazanıb

Tokio, 12 Oktyabr, /AJMEDIA/

Oktyabrın 11-də futbol üzrə dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinin səkkizinci turuna start verilib.

AJMEDIA xəbər verir ki, turun ilk oyun günündə E, G, H və J qruplarında ümumilikdə 11 qarşılaşma keçirilib.

G qrupunda Türkiyə millisi səfərdə Latviya yığmasının qonağı olub. Oyunda hesabı Latviya yığması açıb. Oyunun 70-ci dəqiqəsində Merih Demiral avtoqola imza atıb. Altı dəqiqə sonra isə Serdar Dursun tarazlığı bərpa edib. Matçda son nöqtəni isə əsas vaxta əlavə olunmuş 9-cu dəqiqədə penaltidən Burak Yılmaz qoyub. Bu nəticədən sonra xallarını 15-ə çatdıran Türkiyə millisi 3-cü pillədəki mövqeyini qoruyub. Beş xalı olan Latviya isə 5-cidir. Bu qrupun digər matçlarında lider Niderland xalsız Cəbəllütariqi darmadağın edib (6:0), 2-ci yerdə gedən Norveç isə Monteneqroya minimal hesabla qalib gəlib – 1:0.

J qrupunda Rumıniya Ermənistanı, Şimali Makedoniya Almaniyanı, İslandiya Lixtenşteyni qəbul edib. Səfərdə Şimali Makedoniyaya qalib gələn (4:0) Bundestim vaxtından əvvəl dünya çempionatına vəsiqəni təmin edib. Buna Ermənistanın Rumıniyaya uduzması (1:0) səbəb olub. İslandiya isə Lixtenşteyn seçməsini darmadağın edib – 4:0.

Gün ərzində keçiriləcək görüşlərlərdə aşağıdakı hesablar qeydə alınıb:

E qrupu

Belarus – Çexiya – 0:2;

Estoniya – Uels – 0:1.

Qrupdakı vəziyyət: Belçika – 16 (6 oyun), Çexiya – 11 (7), Uels – 11 (6), Estoniya – 4 (6), Belarus – 3 (7).

G qrupu

Latviya – Türkiyə – 1:1;

Niderland – Cəbəllütariq – 6:0;

Norveç – Monteneqro – 2:0.

Qrupdakı vəziyyət: Niderland – 19, Norveç – 17, Türkiyə – 13, Monteneqro – 11, Latviya – 6, Cəbəllütariq – 0.

(Hər komandanın aktivində 8 qarşılaşma var).

H qrupu

Kipr – Malta – 2:2;

Sloveniya – Rusiya – 1:2;

Xorvatiya – Slovakiya – 2:2.

Qrupdakı vəziyyət: Rusiya – 19, Xorvatiya – 17, Sloveniya – 10, Slovakiya – 10, Malta – 5, Kipr – 5 (Hər komandanın aktivində 8 qarşılaşma var).

J qrupu

Şimali Makedoniya – Almaniya – 0:4;

Rumıniya – Ermənistan – 1:0;

İslandiya – Lixtenşteyn – 4:0.

Qrupdakı vəziyyət: Almaniya – 21, Rumıniya – 13, Şimali Makedoniya – 12, Ermənistan – 12, İslandiya – 8, Lixtenşteyn – 1.

(Hər komandanın aktivində 8 qarşılaşma var).

Qeyd edək ki, dünya çempionatına birbaşa vəsiqəni 10 qrupda birinci yeri tutan komandalar qazanacaqlar. İkinci pilləni tutan 10 ölkə UEFA Millətlər Liqasının ümumi reytinqində 2 qrup qalibləri ilə birgə pley-off mərhələsində üz-üzə gələrək, qalan üç vəsiqənin sahibini müəyyənləşdirəcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts