Dayə peşəsi üzrə vətəndaşlar üçün təhsil sənədi əldə etmək imkanı yaradılır

Tokio, 2 fevral , /AJMEDIA/

Təhsildə Keyfiyyət Təminatı Agentliyi dayə ixtisası üzrə formal təhsilə çıxış imkanı məhdud olan vətəndaşlar üçün təhsil sənədi əldə etmək imkanı yaradır.
Agentlikdən AJMEDIA-ya bildirilib ki, sözügedən ixtisas üzrə təhsil sənədi olmadan fəaliyyət göstərən dayələr səriştələrinin tanınması məqsədilə keçirilən imtahanlarda iştirak edə bilərlər.
Ərizəçilər bunun üçün müraciət qaydaları, tələb olunan sənədlər və imtahan barədə ətraflı məlumat yerləşdirilmiş keçiddən istifadə edə və imtahanlarda iştirak etmək üçün qeydiyyatdan keçərək tələb olunan sənədləri [email protected] ünvanına göndərə bilərlər.
Qiymətləndirmə nəticəsi müsbət olan müraciətçiyə müvafiq modul üzrə sertifikat təqdim ediləcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts