Tokio, 15 yanvar , /AJMEDIA/
Bu gün İsveçrənin Davos şəhərində 54-cü Dünya İqtisadi Forumu öz işinə başlayır. Forumun devizi “Etibarın bərpası” olacaq.
AJMEDIA xəbər verir ki, yanvarın 15-dən 19-na kimi keçiriləcək forumun təhlükəsizliyini təmin etmək üçün İsveçrə Müdafiə Nazirliyi 5 min hərbçini səfərbər edib.
Forumda 60-dan çox hökumət və dövlət başçısı, o cümlədən Avropa Komissiyasının, BMT, NATO, Dünya Bankının, Ümumdünya Valyuta Fondunun, Avropa Yenidənqurma və İnkişaf Bankının rəhbərləri və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edəcəklər. Avropa dövlətləri ilə yanaşı Asiya, Latın Amerikası və ərəb dövlətləri də foruma qatılacaqlar.
Yanvarın 16-da Ukrayna prezidenti Volodimir Zelenski xüsusi müraciətlə çıxış edəcək.