Dəniz limanlarında 3,5 milyon ton yükləmə-boşaltma işləri həyata keçirilib

Tokio, 24 may , /AJMEDIA/

Yanvar-aprel aylarında dəniz limanlarında 3 milyon 516,3 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib.
Dövlət Statistika Komitəsindən AJMEDIA-ya bildirilib ki, yüklərin 3 milyon 315,4 min tonunu və ya 94,3 faizini tranzit yüklər təşkil edib. Mayın 1-nə limanlarda qalan yüklərin həcmi 71,8 min ton olub.
Dörd ayda dəniz nəqliyyatı ilə daşınmış sərnişinlərin sayı 2021-ci ilə nisbətən 2,3 faiz artaraq 4,4 min nəfər təşkil edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts