Tokio, 8 dekabr, /AJMEDIA/
Dəməşqi ələ keçirən suriyalı üsyançı qruplar paytaxtda komendant saatı tətbiq etdiklərini elan ediblər.
AJMEDIA-nın məlumatına görə, bu barədə Yaxın Şərq KİV-ləri xəbər verib.
Məlumata əsasən, komendant saatı yerli vaxtla saat 16:00-dan səhər saat 5:00-dək qüvvədə olacaq.
Bundan əvvəl üsyançılar Dəməşqin onların nəzarətinə keçdiyini və Suriyada hakimiyyətin ələ keçirildiyini açıqlayıblar.